İranla sərhəddə daha bir pozuntu olub.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozduğunu müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb. Sərhəd naryadı “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açdıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İrana qaçıb.
Ərazidə keçirilən axtarış və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 4 kiloqram 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.