Füzulidə ağır qəza, ölən var
22 aprel 2021 11:36 (UTC +04:00)

Füzulidə ağır qəza, ölən var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayonun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C. Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L 200” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb, xəsarət alan 5 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1986
avatar

Mehman Nəbiyev

Oxşar yazılar