Fərrux kəndində  insan qalıqları   aşkarlandı -  FOTO  -YENİLƏNİB
29 mart 2022 22:52 (UTC +04:00)

Fərrux kəndində insan qalıqları aşkarlandı - FOTO -YENİLƏNİB

Xəbərə foto əlavə olunub.

***

22.15

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.
 

***

21.42

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb. 

Lent.az-ın xəbərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə  qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4045

Oxşar yazılar