Evdə keçirilən 4 toyun qarşısı alındı
06 avqust 2021 09:37 (UTC +04:00)

Evdə keçirilən 4 toyun qarşısı alındı

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər keçiriblər. Nəticədə şəhər ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Mehman Nəbiyev

Oxşar yazılar