Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdu
08 avqust 2021 14:03 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4011
avatar

Oxşar yazılar