Həbs edilən deputat Eldəniz Səlimov istintaq təcridxanasına köçürülüb.
Lent.az-ın məlumatına görə, ötən gün Binəqədi Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbirinin seçilən E.Səlimov Bakı İstintaq Təcridxanasına köçürülüb.
Hazırda onunla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin ötən gün keçirilmiş iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
Milli Məclisin qərarı ilə E. Səlimovun deputat toxunulmazlığına xitam verilib.