Əhmədlə bağlı YENİ İDDİA:  daha bir nəfəri boğub? - Polisdən AÇIQLAMA
19 fevral 2024 16:24 (UTC +04:00)

Əhmədlə bağlı YENİ İDDİA: daha bir nəfəri boğub? - Polisdən AÇIQLAMA

0

Daxili İşlər Nazirliyi Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yayılan yeni iddialara münasibət bildirib. 

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, bu iddialar həqiqəti əks etdirmir: 

“İddialar araşdırılıb və təsdiqini tapmayıb. Həmin şəxslə əlaqə saxlanılıb və o bildirib ki, onu kiməsə oxşadıb, əsaslı olaraq sübut təqdim etməyib”.

***

saat 15:00

Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.

Lent.az xəbər verir ki, həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.

Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:

“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.

Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.

Daha ətraflı videoda:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9821

Oxşar yazılar