Əhməd "dəlixana"ya köçürüləcək  - YENİLƏNİB
22 fevral 2024 15:51 (UTC +04:00)

Əhməd "dəlixana"ya köçürüləcək - YENİLƏNİB

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.

Qərara əsasən, vəsatət və təqdimat təmin olunub, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertizanın keçiriləcək.

Bu səbəbdən yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq.

Müşahidələr zamanı onun anlaqlı olub-olmadığı ilə bağlı rəy formalaşdırılacaq.

***
Saat: 15:04

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.

Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai rayon Məhkəməsində baxılacaq.

Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.

Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5361
avatar

Oxşar yazılar