"Aptek Bəxtiyar" özünü niyə güllələdi?-TƏFƏRRÜAT -YENİLƏNİB
23 oktyabr 2022 18:33 (UTC +04:00)

"Aptek Bəxtiyar" özünü niyə güllələdi?-TƏFƏRRÜAT-YENİLƏNİB

Mingəçevirdə özünü güllələyən ahıl şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb.

O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.

Bəxtiyar Səmədov şəhərdə "Aptek Bəxtiyar" kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.

Hadisənin baş vermə səbəbi araşdırılır.

***

saat 16.57

Mingəçevirdə intihar hadisəsi baş verib.

APA xəbər verir ki, şəhər sakini Bəxtiyar Səmədov odlu silahdan atəş açaraq özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bəxtiyar Səmədov əczaçılıq fəaliyyəti ilə məşğul olub.

# 13119
avatar

Oxşar yazılar