Ukraynalı dənizçi Vitali Skakun rus tanklarının irəliləməsini dayandırmaq üçün özünü və “Heniçeski” körpüsünü partladıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edək ki, rus tankları həmin körpü vasitəsi ilə hücum edirdilər. Vitalinin bu hərəkəti ilə hücumun qarşısı alınıb və Ukraynanın həmin mövqedəki qoşunları müdafiədə güclənib.