Dünən Azərbaycanda 80-ə yaxın yanğın olub
07 avqust 2021 17:29 (UTC +04:00)

Dünən Azərbaycanda 80-ə yaxın yanğın olub

Avqustun 6-da dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə,  ötən sutka ərzində 79 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Abşeron rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Xıdırov Aqşin Afər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

# 1695
avatar

Mehman Nəbiyev

Oxşar yazılar