Dövlət sərhədimizi pozmağa cəhd edən  əcnəbilər saxlanıldı
18 aprel 2023 14:37 (UTC +04:00)

Dövlət sərhədimizi pozmağa cəhd edən əcnəbilər saxlanıldı

0

Aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Nepal  və 2 nəfər Şri-Lanka vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşı Bakı şəhər sakini, 49 yaşlı Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1631

Oxşar yazılar