Fransada 67 yaşlı britaniyalı qadını çöl donuzu ovuna çıxan kişi təsadüfən güllələyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, faciə oktyabrın 16-da baş verib. Qadının 69 yaşlı ovçu ilə birlikdə qarğıdalı tarlasında gəzdiyi qeyd edilir. Birdən çiynində gəzdirdiyi tüfəng açılıb. Güllə britaniyalı qadının ürəyinin üstündəki nahiyəyə dəyib.
Zərərçəkmiş Sen-Brie xəstəxanasına aparılıb, daha sonra orada ölüb. Polis ovçunu həbs edib və adam öldürmə faktı ilə bağlı araşdırmalara başlayıb.
Şübhəli heç bir spirtli içki və ya narkotik istifadə etməyib. Hadisənin dəqiq şəraiti araşdırılır.