
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı vətəndaş Etibar Yusifov saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, şəxsi axtarış zamanı ondan 47 qram heroin və narkotik vasitələrin onlayn satışı nəticəsində əldə etdiyi maddi vəsaitlərin toplandığı plastik kartlar aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Etibar Yusifovun Abşeron rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqram 310 qram heroin, 2 kiloqram 440 qram qurudulmuş marixuana, 843 qram tiryək, 3 kiloqram 480 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunub.
Baş İdarə əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində də əməliyyat tədbiri həyata keçirib. Abşeron rayonu Saray qəsəbəsində yaşayan Habil Qarayevin evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxsi polis əməkdaşları saxlayıb və evin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edilərək yetişdirdiyi ümumilikdə 60 ədəd çətənə bitkisinin kolları və şitilləri, eləcə də 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Habil Qarayev ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mart ayında əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 14 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar, araşdırmalar davam etdirilir.

Lamiyə Məmmədova
Oxşar yazılar

İntiharlarla bağlı baş prokurordan AÇIQLAMA
26 fevral 2021 , 19:06
Yevlaxda 30 yaşlı kişi faciəli şəkildə öldü
26 fevral 2021 , 18:04
Azərbaycanda 1 nəfər evində yanıb, 1 nəfərin meyiti isə... -VİDEO
26 fevral 2021 , 11:57
Bakıda baş verən qəza hərəkəti iflic etdi
26 fevral 2021 , 10:05
Rəsm qalereyasında baş verən yanğın söndürüldü - FOTO
26 fevral 2021 , 02:10
Suqovuşan yolunda vəzifəli şəxslərin maşını aşdı
25 fevral 2021 , 17:10
Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı
25 fevral 2021 , 16:11
Mülki vətəndaşımız minaya düşdü
25 fevral 2021 , 15:44