Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "Şüvəlan", "Corat", "Mərdəkan" və "Astara" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.