Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna”, “Astara”, “Bilgəh-2”, “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.