Goranboyda dəmiryolunda qəzaya düşən sürücü ölüb.
Lent.az xəbər verir ki, iyunun 26-da 20 yaşlı Cəfərov Cavid Müşviq oğlu Səmədabad kəndi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək dəmiryol keçidinin dəmir maneələrinə çırpılıb. Nəticədə o, ağır kəllə-beyin travması alaraq, xəstəxanaya yerləşdirilib. Görülən tibbi yarıdmlara baxmayaraq orada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq, araşdırma aparılır.