“Dedim, qoy məni elə öldü bilsinlər”  - 9 ay sonra tapılan Kənan DANIŞDI - YENİLƏNİB
16 may 2025 22:56 (UTC +04:00)

“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan DANIŞDI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.

Lent.az  xəbər verir ki, o, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.

Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.

Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.

İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.

Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.

Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.

Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.

Mövzu ilə bağlı daha ətraflı süjetdə:

***

15 may, saat 18:20

Bakıda 9 ay əvvəl itkin düşmüş Kənan Qurbanlı tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, itkin kimi axtarışda olan, 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlunu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tapıblar. Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, 9 ay əvvəl itkin düşən Kənanın dənizdə batdığı ehtimal edilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2510

Oxşar yazılar