Daşkəsəndə azyaşlını maşın vurdu
04 avqust 2021 02:13 (UTC +04:00)

Daşkəsəndə azyaşlını maşın vurdu

0

Daşkəsən rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Alışanlı Uğur Dilsuz oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1900

Oxşar yazılar