Narkotikə görə saxlanılan şəxslər
04 avqust 2021 10:54 (UTC +04:00)

Narkotikə görə saxlanılan şəxslər

Daha bir rayonda "patı" əməliyyatı, bir qadın da tutuldu-FOTO

Lənkəranda növbəti “patı” əməliyyatında biri qadın olmaqla altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 6 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ramin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqramdan artıq nakotik vasitə heroin, 109 qram “patı” kimi tanınan psixotrop maddə metafetamin aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əzizov saxlanılıb. Onun üzərindən 561 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Digər əməliyyat tədbirləri ilə rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabarov, Vüsalə İbadova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla E.Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazalardan birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

# 1965
avatar

Mehman Nəbiyev

Oxşar yazılar