Daha bir körpə ölümü  ilə bağlı həkimlərə cinayət işi açıldı
22 oktyabr 2022 14:47 (UTC +04:00)

Daha bir körpə ölümü ilə bağlı həkimlərə cinayət işi açıldı

Qazaxda körpü ilə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini Könül Şabanovanın bu il iyunun 19-da “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.

Aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib. Həmçinin doğuşa həkim-neonatoloq dəvət olunmayıb. Qeyd olunan səbəblərdən yeni doğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyərək, ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27