Daha bir ERKƏN NİKAH:  16 yaşlı qız 42 yaşlı kişiyə ərə verilir
22 fevral 2024 15:18 (UTC +04:00)

Daha bir ERKƏN NİKAH: 16 yaşlı qız 42 yaşlı kişiyə ərə verilir

Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb.

Məlumata görə, qızın anası televiziya verilişinə canlı qoşularaq hadisəni izah edib. O qeyd edib ki, toy olmayıb. Qızına elçi gələn isə 42 yox, 27 yaşlı oğlandır.

Fotolarda isə həmin şəxsin 27 yaşlı birinə bənzəmədiyi iddia edilir.

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə nəzarətə götürülüb, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Lent.az-a açıqlamasında qeyd edib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb:

"Gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub. Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər. Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5253

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15