Cinayət törətməkdə şübhəli bilinən  104 nəfər  saxlanıldı
10 aprel 2023 10:22 (UTC +04:00)

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanıldı

0

Aprelin 8-də və 9-da ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.        

Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar