Cəlilabadın iki kəndində canavar hücumları qeydə alınıb.
Lent.az xəbər verir ki, Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edir. Son bir həftə ərzində baş verən hücumlar nəticəsində 8 baş qoyun yaralanıb, onlardan 3–4-ü tələf olub. Sakinlər, xüsusilə uşaqların təhlükəsizliyindən narahat olduqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və yaxın günlərdə müvafiq tədbirlərin görülməsi planlaşdırılır.