Bakıda oğurluq hadisəsi baş vcerib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən camaşırxanaların birində orada işləyən Abşeron rayon sakininin mobil telefonunu və içərisində 1100 manatı, bank kartları, sənədləri olan cüzdanını oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xəzər Lalayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.