Bu il təbii hadisələr zamanı 15 nəfər ölüb
14 may 2026 17:21 (UTC +04:00)

Bu il təbii hadisələr zamanı 15 nəfər ölüb

0

2026-cı ilin I rübü ərzində respublika ərazisində 3326 təbii və texnogen mənşəli hadisə baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, bu, 2025-ci ilin I rübü ilə müqayisədə 828 hadisə və ya 20% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər ölüb, 86 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib, 658 nəfər təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar