Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.