Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları ləğv etdi
19 mart 2025 18:08 (UTC +04:00)

Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları ləğv etdi

Böyük Britaniya Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edib.

Lent.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yer alıb.

“Mövqe vahid siyahıdan çıxarılıb və daha aktivlərin dondurulmasına yaxud trast xidmətlərinə görə sanksiyalara məruz qalmır: Fərhad Əhmədov”, mətndə qeyd olunur.

2024-cü ilin mayında Əhmədovun Avropa İttifaqı Şurasına qarşı iddiada qalib gəldiyi bildirilib. Şuraya 2022-ci il aprelin 8-dən sahibkarlara qarşı məhdudlaşdırıcı tədbirlər haqqında bütün qaydaları ləğv etmək tapşırılıb. Bundan əlavə, məhkəmə Avropa İttifaqı Şurasına bu işlə bağlı bütün məhkəmə xərclərini ödəməyi göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar