Abşeronda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən evlərdən birində Sumqayıt sakini I qrup əlil 58 yaşlı Nizami Hüseynovun meyiti tapılıb.
İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırılma aparılır.