Biləsuvarda partlayışda yaralanan 1 nəfər Bakıya göndərildi
24 aprel 2023 22:48 (UTC +04:00)

Biləsuvarda partlayışda yaralanan 1 nəfər Bakıya göndərildi

0

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə 2 nəfər (14 yaşlı qız və 10 yaşlı oğlan) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib. 

Diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 10 yaşlı pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2361

Oxşar yazılar