Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI
01 avqust 2021 22:13 (UTC +04:00)

Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI

Biləsuvarda yük avtomobilləri toqquşub, sürücülərdən biri ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib

Salyan rayon sakini Yasər Ağahüseyn oğlu Qafarovun idarə etdiyi "KamAZ" və "MAN" markalı yük avtomobilləri toqquşub, ikincinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Toqquşma nəticəsində aşan "KamAZ"-ın sürücüsü ilə birgə sərnişinləri - Gülağa Əliyev və Böyükağa Miriyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

# 2130
avatar

Oxşar yazılar