Biləsuvarda bir ailənin 4 üzvü qazdan ZƏHƏRLƏNDİ:  ölən var - YENİLƏNİB
15 mart 2024 12:56 (UTC +04:00)

Biləsuvarda bir ailənin 4 üzvü qazdan ZƏHƏRLƏNDİ: ölən var - YENİLƏNİB

Biləsuvarda dəm qazından kütləvi zəhərlənənlərin durumu açıqlanıb.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, dəm qazından zəhərlənmə səbəbilə Biləsuvar rayonundan 3 nəfər Təcili tibbi yardım briqadası ilə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə təxliyə edilib.

Onlara zəruri tibbi yardım göstərilib və ambulator müayinə üçün evə buraxılıblar.

***

09:14

Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, hadisə rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə baş verib. Burada yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, Ağazadə Zahir Yavər oğlu və Allahverdiyeva Şəbnəm Ehtibar qızı evdə dəm qazından zəhərləniblər. Onlardan 3-ü xəstəxanaya çatdırılsa da, Ş. Allahverdiyeva ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 3363
avatar

Fidan İlqar

Oxşar yazılar