Xəbər verildiyi ki, oktyabrın 15-də axşam saatlarında Belqorod vilayətində hərbi hissələrdən birinin ərazisində atışma olub, ölən və yaralananlar var.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, atışma səfərbər edilmiş və könüllülərin təlim keçdiyi Soloti kəndindəki poliqonda baş verib.
Rusiyanın Müdafiə Nazirliyi Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda MDB ölkələrindən birinin iki vətəndaşının terror aktı törətdiyini rəsmən təsdiqləyib.
Terrorçular könüllülərlə atışma təlimi zamanı bölmənin şəxsi heyətinə atəş açıblar. Son məlumata görə, 22 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.
Daha bir məlumata görə, Belqorod vilayətindəki təlim bölməsində qətliam törədənlər taciklər olub.
İlkin məlumatlara görə, oktyabrın 12-də Moskvadan iki Tacikistan vətəndaşı müqavilə ilə hərbi xidmətə gedib.
Atəş hazırlığı zamanı pulemyotlardan rus hərbçilərinin arxasına kütləvi atəş açılıb. Bəzi xəbər kanallarının məlumatına görə, münaqişə dini zəmində olub.
Lent.az dəhşətli qətliamla bağlı fotoları təqdim edir.