Bələdiyyə sədrinə  cinayət işi   açıldı
11 iyul 2023 15:49 (UTC +04:00)

Bələdiyyə sədrinə cinayət işi açıldı

Tikinti işləri zamanı vəzifəli şəxslərin ətraf mühitin mühafizəsi qaydalarının pozması faktı ilə bağlı cinayət işi başlanılıb.

İmişli rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, rayonunun Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar