Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva yeni vəzifəyə təyin edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Aynur Əfəndiyeva tutduğu vəzifədən azad olunaraq, qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin edilib.