Banka saxta dollarlar verən tutuldu
19 aprel 2023 12:29 (UTC +04:00)

Banka saxta dollarlar verən tutuldu

0

Bakıda banka saxta pullar verilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2113

Oxşar yazılar