Balakəndə sel körpünü apardı-VİDEO
14 sentyabr 2025 14:15 (UTC +04:00)

Balakəndə sel körpünü apardı-VİDEO

0

Balakəndə sel körpünü dağıdıb.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyr-sabit hava şəraiti hökm sürür.

Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından alan Hunbul çayından səhər saatlarında sel keçib. Sel suları kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti dayanıb.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar