Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Hətəmova Əsmər Ənvər piyada keçidi ilə yolun əks tərəfinə keçmək istəyərkən BakuBus MMC-yə məxsus 14-nömrəli marşut xətti ilə hərəkətdə olan sərnişin avtobusu onu vurub.
Yaralı ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Qeyd edək ki, avtobusda sərnişin olmayıb.
Hadisə zamanı sürücü avtobusu depoya aparırmış.