Hava limanında aşkarlanan telefonlar
26 oktyabr 2022 21:03 (UTC +04:00)

Hava limanında aşkarlanan telefonlar

Bakıya 128 minlik "İphone 14 pro" gətirmək istədilər, alınmadı - FOTO

Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan iki nəfər şəxs nəzarətə götürülüb və onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib.

Yoxlama zamanı həmin şəxslərin çamadanlarındakı sellofan paketlərin içərisindən, qutu və aksesuarları ilə birlikdə, müxtəlif yaddaşlarda 40 ədəd (7 ədəd “iPhone 14 pro max” 256 gb, 3 ədəd “iPhone 14 pro max” 128 gb, 17 ədəd “iPhone 14 pro” 128 gb, 13 ədəd “iPhone 14 pro” 256 gb) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "İphone 14 pro" mobil telefonlarının Azərbaycanda qiyməti ortalama 3200 manatdır.

# 1743
avatar

Oxşar yazılar