Xəstəxanada yanğın
07 iyul 2021 18:46 (UTC +04:00)

Xəstəxanada yanğın

Bakının məşhur xəstəxanasında YANĞIN - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu gün saat 17:43-də Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.

İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.

***

Saat: 18:35

Respublika Neyrocərrahiyyə Xəstəxanasından Lent.az-a bildirilib ki, yanğın xəstəxananın həyətində baş verib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə alovun qarşısı alınıb. 

***

saat 18:18

Bakıda xəstəxana binasında yanğın olub.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Lent.az-a bildirib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub:

"Yanğının qısa zamanda ətrafa yayılmasının qarşısı alınaraq, söndürülüb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5893

Oxşar yazılar

Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52