Bakıda intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 03 radələrində Nərimanov rayonu Atatürk prospektində qeydə alınıb.
68 yaşlı Quliyev Nazim Məmiş oğlu kirayədə yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsinin dəhlizindən özünü atıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum olmasa da, onun psixi xəsətlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.