Bakıda iki yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "МАZ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Shacman” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.