Bakıda yük avtomobili altı maşına çırpıldı, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
28 iyun 2023 05:19 (UTC +04:00)

Bakıda yük avtomobili altı maşına çırpıldı, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Paytaxtın Ziya Bünyadov prospektində qəza nəticəsində bağlanan tuneldə hərəkət bərpa edilib.

APA xəbər verir ki, qəzaya uğramış yük maşınları hissələrə bölünürək ərazidən uzaqlaşdırılıb.

Hazırda prospektinin bağlanan hissəsində yol açıqdır.

***

Saat 01:47

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki yol ötürücüsündə baş verib.

Belə ki, qoşqusunda dəmir boru daşıyan “KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan “Mercedes” və “Qazel” markalı yük maşınlarına çırpılıb.

İdarəetmədən çıxan “KamAZ” tuneldə yolayrıcı betona çırpılaraq əks tərəfə çıxıb.

Bu zaman “Toyota”, “Range Rover” və “Hyundai” markalı minik avtomobilləri yük maşınına dəyib.

“KamAZ” beton divara çırpılaraq dayanıb. “Mercedes” markalı yük maşının sürücüsü Elnur İsgəndərov APA-ya bildirib ki, “KamAZ”ın sürücüsü sükan arxasında yuxulayıb.

Qəza nəticəsində “KamAZ”ın və “Qazel”in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektindən 20 Yanvar istiqamətinə tuneldə hərəkət məhdudlaşdırılıb.

Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilib.

Hazırda qəzaya uğramış ağır tonnajlı maşınların evakuator vasitəsilə ərazidən uzaqlaşdırılması işləri aparılır.

***

Saat 00:44

Bakıda altı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4587
avatar

Oxşar yazılar