Bakıda yeniyetmənin başına kafel düşüb.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, Naxçıvani 52 ünvanında kafel 16 yaşlı oğlanın başına düşüb. Yeniyetmə qapalı-kəllə beyin travması alıb və Neyrocərrahiyə İnstitutuna göndərilib.