Bakıda xəstəxana yandı, pasiyentlər təxliyə olundu - FOTO  - YENİLƏNİB
30 oktyabr 2022 01:29 (UTC +04:00)

Bakıda xəstəxana yandı, pasiyentlər təxliyə olundu - FOTO - YENİLƏNİB

Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

***

Saat 01:16

Xəbərə fotolar əlavə edilib.

***

Saat 01:01

Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər və işçilər təxliyə olunublar.

Lent.az APA-nın hadisə yerində olan müxbirinə istinadən xəbər verir ki, yanğınla əlaqədar binaya elektirik verilişi dayandırılıb.

Hazırda ağır xəstəliyi olan pasiyentlər müxtəlif özəl klinikalara yerləşdirilir.

Hadisə ilə bağlı FHN ikinci dərəcəli çağırış elan edib.

Əraziyə 10-a yaxın yanğınsöndürən avtomobil cəlb olunub.

***

Saat 00:50

Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 00:43

Paytaxtın Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsində yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Sağlamlıq Mərkəzinin binasında qeydə alınıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın binanın zirzəmisində başlayıb.

Hazırda binada olan insanlar təxliyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5721
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21