Bakıda uşağını zibil qutusuna atan ana polisə gətirildi  - YENİLƏNİB
18 iyul 2023 10:19 (UTC +04:00)

Bakıda uşağını zibil qutusuna atan ana polisə gətirildi - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Bakıda küçəyə atılan 10-15 günlük körpə barədə açıqlama verib.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında bildirib ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub:

Anar Qafarov

“Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir”.

***

saat 09:54

Bakıda zibil qutusundan yeni doğulmuş qız uşağının tapılması barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, uşağın anası müəyyənləşib.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu məlum olub.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb.

Baş verən hadisə ərazidəki müşahidə kameralarına da düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5654

Oxşar yazılar