Bakıda ticarət mərkəzində oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birinin sanitar qovşağında Bakı şəhər sakini olan 2 qadının mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.