Bakıda ticarət mərkəzi qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1800 manat dəyərində qızıl boyunbağının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Taleh Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.