Binəqədidə taksi sürücüsü döyülərkən qəza törətməsi ilə bağlı tərəflər polis orqanına dəvət olunub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı hazırda təhqiqat araşdırması aparılır:
“Tərəflər izahatının alınması üçün polis orqanına dəvət olunub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.
***
30 mart, saat 22:51
Bakının Binəqədi rayonunda sahibkar sürücünü döydüyü üçün qəza baş verib.
Lent.az xəbər verir ki, hadisə Mir Cəlal Paşayev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verib.
Belə ki, Bayramov Tural “Toyota” markalı maşınla hərəkətdə olarkən kəsişmədə idarəetməni itirərək avtomobilini əvvəlcə “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.
Daha sonra taksi fəaliyyəti ilə məşğul olan sürücü maşınını “Toyota Land Cruiser”ə çırpıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.
Sürücü T.Bayramov bildirib ki, o sükan arxasında olarkən maşında olan üç sərnişin onu döyüb.
Onlardan biri taksi sahəsində sahibkar olub.
Sürücü iddia edib ki, sahibkar ondan min manat istəyib.
Elə mübahisə də burdan başlayıb.
Turalın iddiasına görə, qəza o döyülərkən baş verib.
Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Sürücünün şikayəti üzrə 3 nəfər axtarılır.
Nurlan Əli