Bakıda su kanalında batan şəxsin meyiti çıxarıldı - YENİLƏNİB
07 iyul 2021 00:59 (UTC +04:00)

Bakıda su kanalında batan şəxsin meyiti çıxarıldı - YENİLƏNİB

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan şəxsin meyiti çıxarılıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.

Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 21:35

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar